'
1.0 CAVADXAN ZİYAD oğlu QACAR VƏ ONUN NƏSLİ HAQQINDA

     Cavadxan Ziyadlı (və ya Ziyad oğulları) nəslinə mənsub olan Qacarlar evinin bir sələfidir. Ziyadlılara Gəncə xanlığı mənsub idi ki, bu da XVIII-XIX əsrlərdə şimal Azərbaycanında ən mötəbər dövlətlərdən biri idi. Ona görə də təəccüblü deyil ki, bu ana qədər şimal azərbaycanlıları Qacarlarının siyasi mərkəzi olan Gəncə bütün şimal Azərbaycanında hakimiyyətə can atırdı. Bu işdə Gəncə xanlığının axırıncı hakimi olan Cavadxanın (1785-1804 illər) böyük rolu olmuşdur. O, başa düşürdü ki, nə qədər ki, hər bir xan və bəy yalnız öz mikroaləmlərinə qapanarsa, Azərbaycanın müstəqil dövlət olmaq imkanı itirilir. Lakin Gəncə bu vəzifəni yerinə yetirməyə imkan tapa bilmədi. Rusiya hərbi maşını yerli hakimiyyəti və bəzi zadəgan nəsillərinin axmaqlığı və səhvindən istifadə edib, bu vacib planın yerinə yetirilməsinə mane oldu. Azərbaycanın bir dövlət kimi birləşdirilməsinə böyük ümidləri olan Cavadxan 1804-cü ildə öz şəhərinin mühafizəsi vaxtı qəhrəmanlıqla həlak olur. Gəncənin rus ordusu tərəfindən işğalı bütün şimal Azərbaycanının da işğalı demək idi ki, bu da sonralar baş verdi. Ailə başçısının və onun oğlu Hüseynqulu xanın ölümünə, çar məmurlarının sıxışdırılmaına və böyük maddi itgilərə baxmayaraq, Ziyadlı nəsli yaşadı, belə ki, digər oğlü Uğurlu xan Cavadxanın işini davam etdirdi və iki il ərzində (1826-1828) Gəncənin müstəqilliyini bərpa edə bildi.
    Lakin zaman dəyişirdi, qüvvələr qeyri-bərabər idi və Azərbaycanın Rusiya imperiyasından dala qaytarılması qeyri-mümkün idi. Cavadxanın xələfləri yeni şəraitə alışmalı və yaxşı hazırlaşaraq, münasib vaxtı gözləməli idi. Belə ki, Cavad xanın nəvələrindən Əbülfət xan Ziyadlının oğlu İsmayıl xan Moskva Dövlət Universitetinin hüquq fakültəsini «əla» qiymətlərlə bitirmiş, Tiflis şəhərinin prokuror müavini vəzifəsində çalışmış, sonralar isə Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparan «Müdafiə» partiyasının yaradıcıları cərgəsində olmuşdur. O, ilk Dövlət Dumasının deputatı olmuş, bolşeviklərlə əlbir olan erməni quldurlarına qarşı vuruşmuş və Şaumyanın Azərbaycan Sovet hökuməti üçün ən qorxulu şəxs olması qeyd olunmuşdur .
    Azərbaycan Demokratik Respublikasının təşkilatçılarından biri kimi qırmızı terrorun ilk qurbanlarından olmuş və 28 may 1920-ci ildə istintaqsız və mühakiməsiz olaraq güllələnmişdir.
Zəmanəsinin qabaqcıl insanlarından birinin həyatı qırılmaqla, görkəmli əcdadı Cavadxanın taleini təkrarlamışdır.


________________________________________
* Öz zəmanəsinin qabaqcıl adamlarından və sələfi Cavadxanın taleyini təkrarlayan Ziyadxanov İ.Ə. 12 sentyabr 1996-ci ildə Azərbaycan Respublikasının prokurorluğunun qərarı ilə bəraət qazandı və beləliklə, ölümündən sonra, reabilitasiya olundu.


2.0 Fondun fəaliyyətinin əsas məqsəd və vəzifələri

Fondun Strukturu

Prezident:




Copyrights (c) 2007 “Cavad Xan” Tarix və Mədəniyyət Fondu All rights reserved
layihənin rəhbəri:  İmran Ziyadlı /dizayn: Ramiz Imanov  /web: Alikhan Dadashov